Tesla maşınlarının qiymətlərini azaldır

Your browser doesn’t support HTML5

Tesla ötən il satdığından 9300 daha çox maşın istehsal edib. Bu isə sənaye təhlilçilərinin narahatlığına səbəb olub. Onlar şirkətin elektrik maşınlarına tələbin azaldığı zaman inventarın artmasından narahatdır.

Onlar deyir ki, əgər tələb azalsa, şirkət yeni biznes dövrünə daxil olacaq. Tesla da digər maşıl istehsalçıları kimi satışları artırmaq üçün ya istehsalı azaltmalıdırlar ya da qiymətləri. Tələbin azalması həm də şirkətin gəlirini azalda və baş icraçı direktor Elon Maskın davamlı rüblük gəlirləri açıqlamaq vədini təhlükə altına salır.

Uzun müddət onlarda tələb təchizdən çox idi. Lakin artıq aydındır ki, bu dinamika dəyişir.
Maykl Ramsi

Ötən çərşənbə günü Tesla hər üç modelinin qiymətini 2 min dollar azaldıb. Şirkət bildirib ki, qiymətlərin azalması müştərilərə 7500 dollarlıq federal vergi imtyazının aradan qaldırılmasını əvəzləyə bilər. Tesla alıcılarına verilən federal vergi imtiyazı bu ay 7500 dollardan 3750-ə endirilib, 2019-cu ilin sonunadək isə sıfıra düşəcək.

“Uzun müddət onlarda tələb təchizdən çox idi. Lakin artıq aydındır ki, bu dinamika dəyişir” – deyə, Gartner-in təhlilçisi Maykl Ramsi bildirir.

Tesla ötən il 254,530 maşın istehsal etdiyini və onlardan 245,240-nı müştərilərə çatdığını bildirib.

Şirkətin illik satışları Uoll Stritin təxminlərini qarşılasa da, dördüncü rübdə gözləntiləri qarşılamayıb. Tesla oktyabr ayından dekabr ayına kimi90,700 maşın satdığını bildirib. FactSet adlı məlumat provayderinin sorğusunda i.tirak edən təhliçilər isə Tesladan 92 min satış gözləyirdi.

Tesla Model 3

Ötən il Tesla 420 min alıcının Model 3-ü almaq üçün 1000 dollarlıq ilkin ödəniş etdiyini bildirib.

LMC Teslanın ABŞ satışlarının 2019-cu ildə artacağını proqnozlaşdırır, çünki bu, Model 3-ün bazarda olmasının ilk tam ili olacaq. Lakin LMC daha sonra satışların 2020-ci ildə təxminən 10000 azalacağını təxmin edir.