“Tesla”-nı tərk edərək öz biznesini quran azərbaycanlı
Your browser doesn’t support HTML5
Hazırda onlayn alış-verişə dominantlıq edən Amazon.com saytında 2,5 milyondan çox fərd və 140 mindən çox şirkət qeydiyyatdan keçərək satışlar həyata keçirir. Demək olar ki, hər keçən gün Amazona yeni bir satıcı qoşulur. Azmazonda satış etmək təmamilə müstəqil bir biznes sahəsidir. Bu günkü həmsöhbətimiz Fərahim Əlilidir. O artıq 2 ildir ki, Amazonda satışlar həyata keçirir. İlk əvvəl fərdi şəxs olaraq başlasa da, artıq öz brendi, Pacroban vasitəsi ilə biznesinə davam edir.