Bu gün ABŞ-da 11 sentyabr terror aksiyalarının 15-ci ildönümüdür.
Amerikalılar 4 təyyarə ilə həyata keçirilən hücumlarda həlak olanların xatirəsini anır.
ABŞ prezidenti Barak Obama 15 ildə çox şeylərin dəyişdiyini bildirirb. O deyib ki, əsas dəyişməyənlərin yadda saxlanmasıdır. " Bu, bizi amerikalı edən hədəflərimizdir, terrorizm bizi heç vaxt məğlub edə bilməyəcək" -deyə prezident bildirib.2 təyyarə Dünya Ticarət Mərkəzinin 2 binasını, 1-i Pentaqonu, digəri isə Pennsilvaniyanın Şanksvill sahəsini hədəf almışdı.
Nyu-Yorkda Dünya Ticarət Mərkəzinə qarşı terror hadisəsində həlak olanların xatirəsi onların adları oxunmaqla anılır.
Pentaqon və Pennsilvaniyada özəl mərasimlər təşkil edilib.
2001-ci il hücumları nəticəsində Pentaqonda 184, Nyu-York, Vaşinqton və Şanksvildə 3000-ə yaxın insan həlak olub.