Tereza Mey baş nazir vəzifəsindən uzaqlaşdırıla bilər

Britaniyanın baş naziri Tereza Mey Mühafizəkarlar Partiyasından olan millət vəkillərinin etimad səsverməsi ilə üzləşməli olacaq. Hadisələrin bu inkişafı Britaniyanın Avropa İttifaqından ayrılması prosesinin Mey tərəfindən icrasından narazılıqların nəticəsidir.

Nümayəndələr Palatasındakı Mühafizəkarların əksəriyyəti Meyə qarşı səs versə, o baş nazir vəzifəsində uzaqlaşacaq.

Mey səsverməyə qarşı “əlində olan bütün vasitələrlə” mübarizə aparıcağına söz verib.

Tereza Mey, Britaniyanın baş naziri: “Mühafizəkarlar Partiyasının rəhbərliyində dəyişiklik bizim ölkəmizin təhlükəsizliyini risk altına alır və bizi lazım olmayan bir vaxt qeyri-müəyyənliyə sürükləyir. Yeni lider qanunvericilikdə tələb olunan tarix – 21 yanvara qədər seçilməyə bilər. Buna görə də, rəhbərlik Brexit danışıqlarını parlamentdəki müxalifət partiyasının nəzarətinə ötürmək təhlükəsi yaradır.”

Əgər Mey etimad səsverməsində öz xeyrinə çevirə bilsə, növbəti bir il ərzində yeni etimad səsverməsi keçiriləcək.

Mühafizəların rəsmisi Qrehem Breydi deyir ki, səsvermənin nəticəsi mümkün qədər tez ictimailəşdiriləcək.

Britaniyanın Avropa İttifaqından ayrılması 2019-ci ilin 29 mart tarixinə qədər tamamlanmalıdır. Mey dəfələrlə Avropa liderləri ilə danışaraq, razılıqda öz ölkəsinin mənafeyinə müvafiq dəyişikliklərə nail olmağa çalışıb. Lakin Avropa İttifaqları rəsmiləri razılığın şərtlərini yenidən müzakirə edilməsində həvəssiz olduqlarını nümayiş etdirirlər.