Koreya yarımadasında gərginlik artır

Cənubi Koreya əsgərləri iki Koreyanı ayıran Seuldan şimalda Pacu qəsəbəsi yaxınlığındakı demilitarizasiya zonasında patrul çəkirlər.  5 aprel, 2013.

Cütlük Pacu qəsbəsindəki pavilyonda demilitarizasiya zonasının xəritəsinə baxır.  5 aprel, 2013.

ABŞ ordusuna məxsus Patriot havadan müdafiə batareyası Seuldan cənubda yerləşən Osan Hərbi Hava Bazasında. 5 aprel, 2013.

Cənubi Koreya əsgərləri demilitarizasiya zonası yaxınlığında hərbi təlimlər keçirir.  4 aprel, 2013.

ABŞ əsgərləri İkinci Piyada diviziyasının Cənubi Koreyada Stanley düşərgəsinə qayıtması münasibətilə təlimlərdə əleyhqaz maskalar geyib.  5 aprel, 2013.

Cənubi Koreyaya məxsus yük maşınları Şimali Koreyadakı Kaesonq iqtisadi müəssisəsinə buraxılmadıqdan sonra geri dönür.  3 aprel, 2013.

Anti-müharibə piketçiləri Seuldakı ABŞ səfirliyi qarşısında birgə ABŞ-Cənui Koreya hərbi təlimlərinə etiraz edirlər.  3 aprel, 2013.

Şimali Koreyalılar ABŞ və Cənubi Koreya əleyhinə nümayiş keçirirlər.  Nampo, Şimali Koreya, 3 aprel, 2013.

Şimali Koreya lideri Kim Conq Un Koreya Fəhlələri Partiyasının Mərkəzi Komitəsinin plenar iclasına rəhbərlik edir.  31 mart, 2013.