Ani mesajlaşma sistemi Telegram-ın İran əhalisinin dörddə biri tərəfindən istifadə edildiyi təxmin edilir. Təbrizdən Amerikanın Səsinə danışan yazar və tərcüməçi Məhəmməd Rəhmanifər İran Azərbaycanında müxtəlif qruplar o cümlədən, yazarlar, sənətçilər və türk fəalların həmin mesajlaşma sistemindəki fəaliyyətlərini şərh edib. O, türk dilindən Telegram söhbətlərində geniş istifadə edildiyini bildirir.
Your browser doesn’t support HTML5
Məhəmməd Rəhmanifər İran Azərbaycanında da toplumun müxtəlif qruplarının Telegram vasitəsilə bir-birləri ilə əlaqə qurduğunu söyləyir:
Telegrama filter qoyulmur. Buna görə, mobil telefonu olan hərkəs bu vasitə ilə irtibat qura bilir. İran Azərbaycanında müxtəlif çevrələr bundan sitifadə edir. Akademik çevrələrdən tutun gənclər və hətta yeniyetmələrə qədər Telegeramda vardılar.
“Telegram virtual mühitdə olan azsaylı kanallardandır ki senzuraya məruz qalmır, filter olunmur. Məsələn, Facebooka filter qoyulur. Hər kəs Facebook-da irtibat qurmaq, yazışmaq imkanı tapa bilmir. Amma, Telegrama filter qoyulmur. Buna görə, mobil telefonu olan hər kəs bu vasitə ilə irtibat qura bilir. İran Azərbaycanında müxtəlif çevrələr bundan istifadə edir. Akademik çevrələrdən olan bütün gənclər və hətta yeniyetmələr də Telegeramdadırlar.”
“Telegramda tanınmış yazarların çoxunun ya özlərinə məxsus kanalları vardır ya da bunlar başqa kanallar, başqa qruplarda yazılarını paylaşa bilirlər. Kitab tanıtdırmaq üçün kannallarımız var ki, bunların fəaliyyəti özəl olur. Xüsusilə türk dilində nəşr edən yayın evləri və kitab evlərinin də bəzisinin kanalı var. Bu baxımdan yaxşıır, yaxşı istifadə olunur.
Türkcə yazışmaq mövzusunda da durum yaxşıdır. Təsəvvür edin ki, yeniyetmələr və gənclər gəlirlər telegrama və orada bir mühitdə görürlər ki, hamı bir-biri ilə türkcə yazışır. Bunlar məktəblərdə türkcə yaza bilmir amma burada yoldaşlarının türkcə yazışmasını görüb və türkcə yazmağa başlayırlar.
Amma, mənim tənqidim bundan sonranındır. Türkcə yazılarda səhvlər həddən artıq çoxdur. Bu, da normaldır. Çünki, Telegram məktəbin yerini vermir, kitabın yerini vermir.”