Azərbaycanın orta məktəblərində 3 mindən çox müəllimə ehtiyac var. Onların 90 faizi rayon məktəblərinin payına düşür.
Azərbaycanın orta məktəblərində 3 mindən çox müəllimə ehtiyac var. Onların 90 faizi rayon məktəblərinin payına düşür. Bu barədə təhsil naziri Misir Mərdanov jurnalistlərin sualının cavabında bildirib.
Onun sözlərinə görə, bu il müəllimlərin işə qəbulu ilə bağlı imtahanların nəticələrinə əsasən, vakant yerlərə birdəfəlik yerləşdirmə aparılacaq. “Ən çox coğrafiya müəllimlərinə ehtiyac yaranıb. Artıq növbəti il üçün müəllimlərin işə qəbulu ilə bağlı sənədlərin qəbuluna başlanıb. Müəllimlərin işə qəbulu elan edilmiş qaydalara əsasən həyata keçiriləcək”.
Cənab Mərdanov Amerikanın Səsi radiosunun sualının cavabında Avropa Birliyi ölkələrində müəllimlərin əmək haqqının Azərbaycanla müqayisədə dəfələrlə çox olduğunu deyib. “Mən bu günlərdə Litvada səfərdə idim. Orada müəllimlərin aylıq maaşları Azərbaycanla müqayisədə iki dəfə artıqdır”, - deyə o qeyd edib.
O həmçinin Azərbaycanda tələbələr üçün yataqxana tikintisindən danışıb. “Bakı Dövlət Universitetinin yataqxana kompleksinin tikintisi üçün dövlət başçısının sərəncamı ilə maliyyə vəsaiti ayrılıb. Gəncədə də 3 universitetimiz var. Orada Gəncə Aqrar Universitetinin ərazisində yataqxana kompleksinin tikintisi nəzərdə tutulur. Yataqxanaların tikilməsi Azərbaycana gələn əcnəbi tələbələrin sayının artmasına səbəb olacaq".
Nazirin sözlərinə görə, 2008-2009-cu tədris ili ilə müqayisədə Azərbaycan universitetlərində oxuyan əcnəbilərin sayı azalıb. “Əgər 2008-2009-cu tədris ilində universitetlərimizdə 7100 əcnəbi tələbə oxuyurdusa, 2011-2012-ci tədris ilində əcnəbi tələbələrin sayı 5498 olub”.
O hazırda xarici universitetlərdə 10 min nəfərdən çox azərbaycanlı tələbənin təhsil aldığını bildirib.