Bakıda Təhsil Konfransı keçiriləcək

Təhsil konfransı

ABŞ Təhsilli Azərbaycan Məzunları Assosiasiyası 2017-ci il Təhsil Konfransı #Educonf2017 “Elmi Tədqiqat İşlərinə çağırış”ı açıq elan etməklə məmnunluq duyur.

ABŞ səfirliyinin Facebook səhifəsində yayılan məlumatda deyilir ki, konfrans tədqiqatçıların, QHT-lərin və sahibkarların təlimin keyfiyyətini yaxşılaşdırılması üçün təhsilin maliyyələşdirilməsində alternativ yolları müzakirə etmək və sahibkarlıq bacarıqlarını əldə etmək imkanlarını verəcək.

Konfrans 2017-ci il aprelin 29-30-da Azərbaycanda keçiriləcək.