Bakı Amerika Mərkəzi uşaqlar üçün hekayə proqramını elan edib

Bakı Amerika Mərkəzinin Uşaq Güşəsi 4-11 yaş arası uşaqlar üçün xüsusi təhsil proqramı olan "The Story Hour" proqramını elan edib.

ABŞ səfirliyinin Facebook səhifəsində bildirilir ki, "The Story Hour" proqramı uşaqların hekayə oxuyaraq maraqlı vaxt keçirməsi üçün nəzərdə tutulub. Proqram 1 saatlıq oxu dərslərindən ibarətdir.

Dərslər ərzində Bakı Amerika Mərkəzi könüllüləri müxtəlif hekayələr oxuyacaq və uşaqlarla cizgi filmləri izləyəcəklər. Onlar həmçinin hekayələri müzakirə edəcək, oyunlar oynayacaq və hekayəyə dair rəngləmələr edəcəklər.