Azərbaycanda FLEX proqramının 25 illiyi qeyd edilib

FLEX Proqramı

FLEX Proqramı artıq 25 ildir Azərbaycandadır. Fevralın 2-də ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta FLEX-in 25-ci ildönümünə həsr olunmuş tədbirin açılışında iştirak edib.

ABŞ-ın Azərbaycandakı Səfirliyi facebook səhifəsində bildirir ki, Dövlət Departamenti tərəfindən tam şəkildə maliyyələşdirilən FLEX proqramı 1993-cü ildən Azərbaycanda keçirilir və o vaxtdan etibarən bu proqram vasitəsi ilə Amerika Birləşmiş Ştatlarına təxminən 1000 nəfər orta məktəb şagirdi göndərilib. Bu şagirdlər ABŞ-da Amerika ailəsində yaşayaraq, Amerika orta məktəbində təhsillərini davam etdiriblər.