Azərbaycan “Alumni Engagement Innovation Fund” layihəsinin finalçıları sırasındadır

“Alumni Engagement Innovation Fund” layihəsi

Bu il Azərbaycan ABŞ Dövlət Departamenti tərəfindən maliyyələşdirilən 7-ci “Alumni Engagement Innovation Fund” layihəsinin finalçıları sırasındadır.

ABŞ-ın Azərbaycandakı səfirliyi facebook səhifəsində bildirir ki, ABŞ Dövləti tərəfindən maliyyələşdirilən bu layihə məzunların iki ölkənin ortaq dəyərlərinin irəli çəkilməsi və qlobal innovativ həllər istiqamətinə yönləndirilmiş təşəbbüsləri dəstəkləyir.

Həmçinin bu ilin finalçıları sırasında Azərbaycanın iCAMP layihəsi də var. Bu layihənin məqsədi İngilis dilində təhsil, texnologiya, elm və sahibkarlıq sahəsində 200 imkansız ailələrdən olan uşağa robotlaşma, proqramlaşdırılma, İngilis dilində danışıq, mühəndislik sahələrində innovativ üsulları tətbiq etməklə dərs deməkdən ibarətdir.

Finalda Azərbaycanla yanaşı digər 53 ölkədən komandalar iştirak edəcək.