ABŞ-ın Masaçusets ştatında yerləşən Perkins məktəbi inkişafda olan ölkələrdə fiziki məhduddiyyəti olan uşaqlar üçün müəllimlərin hazırlanması üzrə çalışır. Onlar 2030-cu ilədək 1 milyona yaxın müəllim hazırlaşdırmağı planlaşdırır.
ABŞ-ın Azərbaycandakı səfirliyi facebook səhifəsində bildirir ki, əksər hallarda insanlar görmə və eşitmə qabiliyyəti məhdud olan uşaqların təhsilə ehtiyacı olmadığını düşünür.
“Haben Girma immiqrant ailədən olan xanımdır. Onun görmə və eşitmə qabiliyyəti məhduddur və o, 2013-cü ildə Harvard Hüquq Məktəbindən məzun olub. Haben bu nailiyyəti ilə fiziki məhdudiyyətin əngəl oımadığını sübut edib. Lakin bu cür tələbələrin nailiyyətləri həmçinin, onların müəllimlərinin də nailiyyətidir”, məqalədə qeyd edilir.