ABŞ səfirliyi GİPA-ya magistr qəbulu elan edib

GİPA

ABŞ-ın Azərbaycandakı səfirliyi Gürcüstanın İctimai İşlər İnstitutu (GIPA) tərəfindən Azərbaycan vətəndaşları arasında Qafqaz Jurnalistika və Media İdarəçiliyi Məktəbinin (QJMİM) jurnalistika və media idarəçiliyi üzrə magistr proqramına tələbə qəbulu elan edir.

ABŞ-ın Azərbaycandakı səfirliyi tələbələri təhsil haqları daxil olmaqla, Gürcüstanda təhsil müddətinə maliyyə yardımı ilə təmin edəcək.

“Bu gözəl fürsəti qaçırmayın. Müraciət üçün son tarix 2017-ci il aprelin 29-dur. Namizədlər ölkədə yaşayan Azərbaycan vətəndaşları olmalıdır”, səfirliyin məlumatında deyilir.