Martın 14-də ABŞ-ın Azərbaycandakı səfirliyinin və Beynəlxalq Təhsil üzrə Amerika Şurasının dəstəyilə (EducationUSA) “Alumni Fair” adlı ABŞ-da təhsil sərgisi keçirilib.
Tədbirin məqsədi bütün maraq göstərən şəxsləri bir yerdə toplayıb ABŞ universitetlərində təhsil alma imkanları haqqında lazımi məlumatla təmin etməkdir. Burada tələbələr, şagirdlər və eləcə də valideynlər Birləşmiş Ştatlarda yerləşən universitetlərin məzunu olan azərbaycanlı və əcnəbi məzunlarla görüşüb, maraqlandıran suallarla onlara müraciət ediblər.
Sərgidə 20 dən çox ABŞ universitetləri və digər ödənişsiz təhsil programları təmsil olunub.
Məzunlar ABŞ Universitetlərinin təhsil proqramları və fəaliyyətləri haqqında məlumat verib və iştirakçıları materiallarla və bukletlərlə təmin edib.
Sərgidə ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta iştirak edib.
O bildirib ki, ABŞ-da 5 mindən çox universitet fəaliyyət göstərir.
“2014-cü ildə 500-dən çox Azərbaycan vətəndaşına Amerikada təhsil alması üçün viza verilib”, o qeyd edib.