Tehranın “İstiqlal” və Təbriz “Traktor” futbol komandalarıı arasında yanvarın 29-da keçirilən oyun insidentsiz olmayıb.
Təbrizin “Səhənd” stadionunda keçirilən oyun “İstiqlal”ın xeyrinə 2:0 hesabı ilə başa çatıb. Hakimin ədalətsiz qərarlar verdiyini iddia edən azarkeşlər ilə hökumət qüvvələri arasında qarşıdurma olub. “Traktor” komandasının 50-dən artıq azarkeşi nəzarət altına alınıb.