Tehran orbitə yeni satellit göndərir

İranın informasiya və kommunikasiya texnologiyası nazirinin bildirdiyinə görə, Tehran orbitə yeni satellit göndərir.

Məhəmməd Cavad Azari-Cahramiyə istinadən bildirilib ki, Zəfər adlı satellit Semnan fəza mərkəzindən orbitə göndəriləcək. Nazir əlavə edib ki, satellitin göstərəcəyi ilk şəkil Qasım Süleymaninin şəkli olacaq.

ABŞ isə bunun ballistik raketlərin inkişafının ört-basdır edilməsi mahiyyəti daşıdığını deyir.

Dövlət televiziyası İranın nüvə proqramına cavabdeh olan İnqilab Keçikçiləri Korpusunun qısamənzilli raketi sınaqdan çıxardığını bildirib.

Bəyanatlar yanvar ayının 3-də İran generalı Qasım Süleymaninin ABŞ-ın dron hücumu zamanı öldürülməsi lə artan gərginliklər vaxtına təsadüf edir.

İran buna cavab olaraq Amerikanın İraqdakı hərbi bazasını bombalamışdı.

Tehran 2009, 2011 və 2012-ci illərdə də orbitə satellitlər göndərib.

Amerika İranın satellitlərdən orbitə nüvə başlıqları daşınması üçün istifadə etdiyindən narahatdır.

Tehran isə nüvə silahları inkişaf etdirmədiyini bildirir.