Amerika-Azərbaycan arasında 13-cü dialoq keçiriləcək

Azərbaycan və Amerika bayraqları

Gündəliyə təhlükəsizlik sahəsində əməkdaşlıq, regional məsələlər daxildir. Bu dialoqlar 1997-ci ildən etibarən keçirilir
İyulun 24-də Vaşinqtonda Azərbaycan və ABŞ arasında təhlükəsizlik məsələləri üzrə növbəti, 13-cü dialoq start götürəcək. Bakı missiyasına xarici işlər nazirinin müavini Araz Əzimov rəhbərlik edəcək. Nümayəndə heyətinin tərkibinə Milli Təhlükəsizlik, Daxili İşlər, Müdafiə, Fövqəladə Hallar nazirlikləri, Sərhəd Xidməti və Gömrük Komitəsinin nümayəndələri daxildir.
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev bugünki brifinqdə bildirib ki, danışıqlarda Amerika nümayəndə heyətinə dövlət katibinin siyasi məsələlər üzrə müavini Endrü Şapiro rəhbərlik edəcək.
Gündəliyə təhlükəsizlik sahəsində əməkdaşlıq məsələləri, regional məsələlər daxildir. Bu dialoqlar 1997-ci ildən etibarən keçirilir.