Bakı Dəmir Yolu Vağzalında 4 saatdan çox axtarış aparıldıqdan sonra adi iş rejimi bərpa olunub. Vağzalda partlayıcı aşkar edilməyib. Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova Amerikanın Səsinə bildirib.
Xatırladaq ki, dekabrın 21-də Bakı vaxtı ilə saat 12-də Bakı Dəmir Yolu Vağzalının binasında partlayıcı olduğu barədə polisə məlumat daxil olub.
Azərbaycan Fövqəladə Hallar Nazirliyi və digər qurumlar binada axtarış aparıb.
Vağzal binasından insanlar evakuasiya edilib.