Təhlükəli Asiya karpları [Video]

Your browser doesn’t support HTML5

Təhlükəli Asiya karpları

Uzun fasilədən sonra Böyük Göllər regionu Asiya Karpının basqınının qarşısını almağa bir addım yaxınlaşıb. İrəli sürülən layihənin məqsədi daşqınlar zamanı göllərə axan kanalları bağlamaqdır.

3 kilometr uzunluğunda olan bu berma İndiana ştatının Eagle Marsh (Qartal Bataqlığı) ərazisindən keçir. Bu bataqlıq ərazinin həcmi 290 hektardlr. Bərk yağışlar yağanda və qar əriyəndə çaylar daşaraq bu bataqlıqda sel yaradır və daha sonra buradakı su Great Lakes yəni Böyük Göllər qrupuna axır. Little RiverWetlands Lahiyəsinin direktoru Betsi Yakoviya isə bunun problem yaratdığını deyir.

“Federal hökümətdən və ştatlaradan bir sıra maraqlı tərəflər, eləcə də bizim icmamızın üzvləri hövzələri ayırmağın və Asiyanın ekzotik karpının (çəki balığının) Erie Gölünə daxil olmasının qarşısını almağın yollarını müzakirə etmək üçün bir araya gəlib.”

Asiya karpları artıq Wabash çayında mövcuddur. Şiddətli yağış yağanda və ya qar əriyəndə bataqlıq bu çayı Maumee çayı ilə birləşdirir hansı ki, daha sonra Böyük Göllərdəki bütün digər göllərə birləşən Erie gölünə axır. Alimlər deyir ki, Asiya karpının bu göllərə axması, bütün ekosistem üçün təhlükəli olacaq.

“Onlar acgözdürlər. Onlar bizim çay və göllərimizdəki plankton kimi mikrospkipoik orqanizmləri yeyirlər.”

Bu, yerli növlərin sağ qalmaq üçün ehtiyacı olduğu resursları yox edir. Berma isə karp və digər 200-dən çox istilatı balıq növlərinin Böyük Göllərə keçməsiin qarşısını alacaq, çünki karp orada barj sənayesindən tutmuş kommersiya balıqçlığına kimi hər şeyi məhv edir.

İlk öncə orada dəmir barmaqlıq hasarı inşa edilmişdi. Lakin berma lahiyəsini tərtib edən mühəndis Duan Ritmin deyir ki, onlar daha çox şeyin edilməsinə ehtiyacın olduğunu bilirdi ki, buna bəzi böyük fiziki maneələrin aradan qaldırması daxil idi.

“İlk və ən əsas berma bataqlıqda nəticə göstərirdi. Biz onu qamışlığa çevirdik və indi lilin bpyük hissəsi qamışlığa axır.”

İndiana tarixindəki ən yağışlı bahar layihənin gedişatını daha da çətinləşdirdi. Amma quru payız mühəndislərin layihəni vaxtından əvvəl bitirmələrinə imkan yaratdı. İndi əraziyə ştatın konservasiya agentləri və Little River Wetlands Lahiyəsi nəzarət edir.

“Biz buraları biçəcəyik və daha sonra burada heyvanlar yerləşdirəcəyik ki, nə dağ sıçanı nə də hər hansı başqa bir şey bermaya ziyan vurmasın.”

Ən son olaraq layihənin tərkib hissəsində bermanın üzərinə piyada çığırı quraşdırmaq və daha çox yerli bitkilər əkməkdir ki, bunların da yazadək ediləcəyi gözlənilir.