Təbriz zindanında aclıq aksiyası keçirilir

Naxçıvanda siyasi fəal həbs edilib

Zəlzələ bölgəsinə humanitar yardım apardığına görə bir həftə əvvəl tutulan, hazırda Təbriz zindanında saxlanan fəallardan 21 nəfəri aclıq aksiyasına başlayıb.
İranın Şərqi Azərbaycan əyalətinə - zəlzələ bölgəsinə humanitar yardım apardığına görə bir həftə əvvəl tutulan, hazırda Təbriz zindanında saxlanan fəallardan 21 nəfəri aclıq aksiyasına başlayıb.
“Media forum” saytının məlumatına görə, aclıq edən milli-siyasi fəalların əksəriyyəti tələbədir. Onlar zindandakı saxlanma şəraitinə və kobud rəftara etiraz edirlər.
Aclıq edənlərin adları: Nəvid Xancani, Hüseyn Rövnəqi Məleki, Vahid Xulusi, Şayan Vəhdəti, Həsən Rövnəqi, Fərid Ruhani, Murtuza İsmayılpur, Həmidrza Müsəyyibiyan, Əli Məhəmmədi, Möhsün Samei, Məsud Vəfabəxş, Humən Tahiri, Danial Həsəni, Bəhram Şücai, Məhəmməd Ərcməndi Rad, İsmayıl Salmanpur, Məhəmməd Əmin Salehi, Behruz Ələvi, Milad Pənahipur, Sepehr Sahiban və Əmir Runasi.
Avqustun 21-də ETTELAAT əməkdaşları İranın Şərqi Azərbaycan əyalətinə - zəlzələ bölgəsinə humanitar yardım aparan 40 nəfərdən çox azərbaycanlını həbs edib. Əksəriyyəti tələbə olan fəallar əvvəlcə ETTELAAT-ın Təbrizdəki təcridxanasına aparılıb, sonradan Təbriz zindanına köçürülüb. Humanitar yardım isə müsadirə edilərək “Sepah”ın bölgədəki qüvvələrinin anbarına yığılıb.
Avqustun 11-də Şərqi Azərbaycan əyalətində baş vermiş 6,3 bal gücündə zəlzələdə 200-dən çox kənd tamamilə dağılıb. Rəsmi məlumata görə, 350 nəfərdən çox insan həlak olub, minlərlə adam ağır yaralanıb.