İran Azərbaycanının Təbriz və Urmiyə şəhərlərində havanın çirkliliyi yüksək səviyyəyə çatıb.
Şərqi Azərbaycanın Ətraf Mühit İdarəsinin bildirdiyinə görə, Təbrizdə havanın çirklənməsinin artması nəticəsində havanın bu vəziyyətdə olması bütün yaş qrupları üçün təhlükəli sayılır.
Keçən ay rəsmilər verdiyi açıqlamalarda Urmiyə və Təbriz şəhərlərinin havasının “həssas qruplar üçün” təhlükəli səviyyədə olduğunu bildirmişdilər.
SEE ALSO: Təbriz və Urmiyədə havanın çirkliliyi təhlükəli səviyyəyə çatıbBu barədə ِŞərqi Azərbaycan vilayətinin Ətraf Mühit İdarəsinin rəsmisi Davud Qasımzadə İSNA xəbər agentliyi ilə müsahibəsində məlumat verib.
O bildirib ki, Təbrizin orta hava keyfiyyət göstəricisi 160 vahid olub və havanın çirklənməsinin bu səviyyədə olması bütün yaş qrupları üçün təhlükəlidir.
Şərqi Azərbaycanın Təhsil İdarəsinin Baş direktoru Təbrizdə havanı çirkləndirən maddələrin konsentrasiyasının artması səbəbilə dekabrın 15-də şəhər məktəblərinin tətil olmasına göstəriş verib.
"Khabaronline" xəbər agentliyinin yaydığı məlumata əsasən, Urmiyə şəhərində də havanın çirklənməsi yüksək səviyyəyə çatıb.
Urmiyə şəhərində orta hava keyfiyyət göstəricisinin səviyyəsi 150 vahidə çatsa da, hazırda həssas mərkəzlərin, o cümlədən uşaq bağçalarının və məktəblərin fəaliyyətlərinin məhdudlaşdırılması və tətil olması ilə bağlı heç bir qərar verilməyib.
Təbriz və Urmiyə şəhərlərində yaşanan bu vəziyyətdə, ürək və ya ağciyər xəstəliyi olan insanlar, yaşlılar və uşaqlar uzun və ya ağır fəaliyyətlərdən çəkinməlidirlər, digər vətəndaşlar isə uzun sürən və ya açıq havadakı fəaliyyətlərini azaltmalıdırlar.
SEE ALSO: Təbriz elektrik stansiyalarının qaz kvotası kəsilibTəbrizdə elektrik stansiyalarının qaz kvotaları ləğv ediləndən sonra bu stansiyaların sadəcə mazut istehlak etməsi havanın çirklənməsinin əsas səbəbi kimi dəyərləndirilir.