Xəzərdə fırtına gözlənilir

Qasırğa

Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti hava şəraitinin kəskin dəyişəcəyi, güclü küləyin əsəcəyi barədə xəbərdarlıq yayıb.

Xəbərdarlıqda deyilir ki, martın 31-də Bakıda və Abşeron yarımadasında güclü şimal-qərb küləyinin əsəcəyi gözlənilir. Havanın temperaturu ötən günlərlə müqayisədə 3-5 dərəcə aşağı enəcək.

Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Bakıda və Abşeron yaımadasına martın 31-də gecəyə doğru yağış yağacaq, güclü şimal-qərb küləyi əsəcək.

Abşeron yarımadasında gecə 4-7, gündüz 8-13, Bakıda gecə 4-6, gündüz 10-12 dərəcə isti olacaq.

SOCAR-ın mətbuat xidməti bildirir ki, Xəzərdə fırtına ilə bağlı təhlükəsizlik məqsədilə mədənlərdən işçilər evakuasiya edilib.

Xatırladaq ki, son iki ildə Xəzərdə fırtına nəticəsində qırxdan çox neftçi həlak olub.