Azərbaycandan Nepala humanitar yardım göndərilib.
Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumatına görə, aprelin 29-da FHN Azərbaycan hökuməti adından Nepal Federativ Demokratik Respublikasının ərazisində baş vermiş güclü zəlzələ ilə əlaqədar bu ölkəyə humanitar yardım yola salıb.
FHN-ə məxsus “BE-200ÇS” tipli təyyarə ilə yola salınan humanitar yardıma 1 tona yaxın müxtəlif dərman və tibbi ləvazimat, xeyli sayda çadır, ədyal və qablaşdırılmış içməli su daxildir.
Həmin təyyarə ilə təbii fəlakət zonasında olan azərbaycanlıların evakuasiyası da həyata keçiriləcək.