Tədqiqatlar Yer Kürəsinə bənzər planetlərin mövcudluğunu təsdiq edir (audio)

  • Amerikanın səsi

Tədqiqatlar Yer Kürəsinə bənzər planetlərin mövcudluğunu təsdiq edir (audio)

Tədqiqatlar alimlərin Yaşayış Zonası” adlandırdıqları Yer Kürəsinə bənzər planetlərin mövcudluğunu təsdiq edir.

Aydın gecə səma olduqca gözəl görünür. İnsan səmaya baxıb daim düşünür. Görəsən, orada həyat varmı? Görəsən, kosmosda Yer Kürəsinə bənzər başqa bir planet mövcuddurmu? Əgər varsa, haradadır və bizim planetdən nə qədər uzaqdır?

Amerika fəza agentliyində çalışan tədqiqatçılar birinci sualdan başqa o biri sualların cavablarını bildiklərini düşünürlər. Lakin Kepler fəza gəmisi olmadan bu suallara dəqiqliklə cavab vermək çətin olardı. Ötən həftə alimlər Keplerdən aldıqları yeni məlumatı açıqlayıb. Xəbər çox həyəcanla qarşılanıb.

Tədqiqatlar Yer Kürəsinə bənzər planetlərin mövcudluğunu təsdiq edir (audio)

İlk növbədə, Kepler fəza gəmisi ilə tanış olaq.

Kepler fəza gəmisi 17-ci əsrdə Almaniya astronomu Con Keplerin adını daşıyır. Bu gəmi Ağ Yol ulduz sisteminin hissələrini tədqiq etmək və Yer Kürəsinə bənzər yerlər axtarmaq üçün nəzərdə tutulub.

Bu yaxınlarda gəmi altı yüz işıq ili məsafəsində “22b” adlı planet aşkar edib. Agentlik bildirir ki, bu bizim günəş sistemindən xaricində “Yaşayış Zonası”-da ilk planetdir. Bu o deməkdir ki, planet günəşə bənzər ulduz ətrafında planetimiz kimi dövrə vurur. Amma bu planet dövrə vurduğu günəşə nə çox yaxındır, nə də ondan çox uzaqdır və məhz bu səbəbdən alimlər orada su ola biləcəyini düşünürlər. Yeni aşkar edilmiş planet Yer Kürəsindən 2.5 dəfə böyükdür.

Tədqiqatlar Yer Kürəsinə bənzər planetlərin mövcudluğunu təsdiq edir (audio)

“22b” planeti öz ulduzuna bizim günəşə olduğumuzdan daha yaxındır. Amma “22b” planetinin ətrafında dövrə vurduğu günəş bizim günəşdən kiçikdir və ona görə də bizim günəş qədər istilik vermir. Kosmik cihazlar yeni aşkar edilmiş planetlərin hansı maddələrdən ibarət olduğunu göstərmir.

Kepler fəza gəmisindən yüz əlli min ulduzu nəzərdən keçirmək və onların parlaqlıq dərəcəsini ölçmək üçün istifadə edilir. O, ulduzların parıltısının azalıb-azalmamasını yoxlayır. Kepler gəmisindəki qurğu yeni planetləri öz günəşi ətrafında dövrə vuran kiçik və qara nöqtələr kimi göstərir.

Tədqiqatlar Yer Kürəsinə bənzər planetlərin mövcudluğunu təsdiq edir (audio)

Gəminin təcrübə aparmaq üçün əsas hissəsi Yer Kürəsində quraşdırılıb. Gəmi məlumatları topladıqdan sonra alimlər yerdə quraşdırılmış böyük Spitzer fəza teleskopu və kiçik teleskoplardan istifadə edərək onları nəzərdən keçirilər.

Bu ayın əvvəli Amerika fəza agentliyinin alimləri mindən çox yeni planet aşkar edildiyi barədə məlumat yayımlayıb. Üç il əvvəl Kepler fəaliyyətə başlayandan bəri iki min üç yüz planet aşkar edilib. Bu planetlərin 200-ü Yer Kürəsi ölçüsündədir. Əksəriyyəti isə daha da böyükdür.