Şərqi Azərbaycan əyalətinin müxtəlif şəhərlərindən 111 teatr xadiminin qatılıb. Nümayiş etdirilən tamaşaların 7-si Təbriz, 3-ü Binab, Əhər və Mərənd şəhərlərinə məxsusdur.
İranın Şərqi Azərbaycan əyalətinin paytaxtı Təbrizdə başlanan teatr festivalı davam edir. Sentyabrın 13-də başlanan festival sabah başa çatacaq.
“Media forum” saytının məlumatına görə, Şərqi Azərbaycan əyalətinin müxtəlif şəhərlərindən 111 teatr xadiminin qatıldığı, Təbriz Mədəniyyət və İncəsənət Kompleksində keçirilən festivala 10 tamaşa daxil edilib. Bunlardan 7-si Təbrizə, 3-ü isə Binab, Əhər və Mərənd şəhərlərinə məxsusdur.