Mayın 29-da Tbilisidə bir qrup azərbaycanlı fəal Azərbaycanda 6 il müddətinə həbs edilmiş araşdırmaçı jurnalist Əfqan Muxtalıya dəstək aksiyası keçirib. Onlar әllərindә "Әfqan Muxtarlıya azadlıq!", "Araşdırmaçının qiymәti 2 milyard dollar!" şüarları yazılmış plakatlarla Gürcüstan parlamentinin qarşısında toplaşıblar.
Gürcüstanda oturum izni almış Əfqan Muxtarlı 2017-ci ilin mayında Tbilisidə müəmmalı şəkildə yoxa çıxıb. Növbəti gün o, Azərbaycanda həbs edilib.
Jurnalist Tbilisidə oğurlandığını, işgəncələrə məruz qaldığını, məcburi şəkildə Azərbaycana gətirildiyini və saxlanıldığını bildirib. Jurnalist sərhəddən keçirilərrkən cibinə 10 min avro qoyulduğunu deyib.
Rəsmi ittihamda isə o, güc tətbiq etməklə hakimiyyət nümayəndəsinə müqavimət göstərməkdə, sərhədi qanunsuz keçməkdə və qaçaqmalçılıq yolu ilə 10 min avro keçirməkdə ittiham olunur.
Gürcüstan hakimiyyəti Muxtarlının taleyi barədə məlumata malik olmadığını və onun yoxa çıxmasının araşdırıldığını bildirib.
İstintaq müddətində sərhəd polisinin və əks-kəşfiyyat departamentinin rəhbərləri vəzifədən kənarlaşdırılıb. Bununla belə, istintaq nəticə verməyib və Muxtarlının Azərbaycana necə keçdiyi məsələsi açıq olaraq qalır.
Bugünkü aksiyanın iştirakçısı, NİDA hәrәkatın üzvü İlkin Rüstәmzadәnin sözlәrinә görә, aksiyanın mәqsәdi jurnalistin işinə diqqət çəkməkdir.
"Biz götәririk ki, Әfqanı unutmamışıq, onunla bağlı bütün mәsәlәlәri diqqәtlә izlәyirik vә onun azadlığı üçün әlimizdәn gәlәni edәcәyik. Biz Әfqanla bağlı Azәrbaycan vә Gürcüstan hakimiyyәtindәn birlikdә etdiklәri qanusuzluqlara son qoymağı vә Әfqana azadlıq tәlәb edirik," Rüstəmzadə bildirib.
Aksiyanın digәr iştirakçısı Bayram Mәmmәdov bildirib ki, Әfqan Muxtarlının oğurlanması haqqında Gürcüstan hakimiyyәti xәbәrdar idi vә Azәrbaycanın hәmin ölkәyә yatırdığı 2 milyard dollar mәblәğindә investisiyalar tәsadüfi deyil.
Gürcüstan hakimiyyətinin nümayəndələrinə və beynəlxalq hüquq müdafiə təşkilatlarına aksiya haqqında məlumat verilib.
Aksiya insidentsiz başa çatıb.