Tayvan eynicinsli nikaha icazə verən ilk Asiya ölkəsi oldu

Tayvanın Konstitusiya Məhkəməsi böyük səs üstünlüyü ilə eynicinsli nikahları qanuniləşdirdi. Beləliklə, Tayvan eynicinsli nikahlara icazə verən ilk Asiya ölkəsi oldu.

Məhkəmənin baş katibi Lu Tay-lanq bildirib ki, birlikdə həyat yaşamaq istəyən eyni cinsdən olan iki şəxsin iradəsindən yaranan nikah əkscinslilər arasında olan nikahın verdiyi mənaya zidd deyil. O əlavə edir ki, bundan sonra eynicinsli nikah əkscinsli nikah kimi cəmiyyətin dayağı olacaq.

Bir il öncə iqtidara gəlmiş Demokratik Proqressiv Partiya bu qərarı dəstəkləyirdi. Məhkəmə hökümətə eynicinsli nikahlarla bağlı qərardan irəli gələn qanunlar dəyişikliyinə iki il müddət verib.

Bu arada, iki gün öncə İndoneziyada insanların gözü önündə iki homoseksual cəzalandırılıb. Onlara şəriət qanunlarını pozduqlarına görə 80-dən çox şallaq vurulub.