Qolf üzrə dünya çempionu Tayqer Vuds bu ilin yarışlarına qatılmır

Dünyanın yüksək səviyyəli qolf oyunçusu, amerikalı çempion Tayqer Vuds onurğa sümüyündə əməliyyat keçirdiyi üçün çempionatda iştirak etməyəcək.

38 yaşlı Vuds Birləşmiş Ştatların Corciya ştatının Auqusto şəhərində keçiriləcək növbəti Masterlər Turnirində iştirak etməyəcəyini bildirib. O, əməliyyatın müvəffəqiyyətlə keçdiyini, lakin tam sağalmaq üçün ona bir neçə gün lazım olduğunu deyib.

Qolf üzrə mötəbər yarışlarda Tayqer Vuds 14 dəfə çempion olub. Son bir neçə ildə isə o, çempionluq dərəcəsinə qalxmasa da, yarışların bir neçəsində qalib gəlib.