Tariq Əl-Haşemi ölüm cəzası ilə üzləşib

İraqın sabiq vitse-prezidenti Tariq Əl-Haşemi ölüm cəzasına məhkum edilib. Sünni siyasətçi və onun kürəkəni qadın vəkil və ədliyyə sistemi işçisinin qətlndə təqsirləndirilir.

Türkiyədən İraqa qayıdacağı gözlənilməyən Haşemi şiə baş nazir Nuri Əl-Malikini sünni opponentlərinə qarşı təzyiqlərə görə günahlandırıb.

Haşeminin vəkili məhkəmənin müttəhim olmadan keçirildiyinə görə, apellyasiya edilməyəcəyini bildirib.

ABŞ qüvvələrinin İraqı tərk etməsindən bəri Maliki siyasi baxımdam çıxılmaz vəziyyətlə üzləşib.