Tariq Əziz dünyasını dəyişib

İraqın sabiq baş nazir müavini və xarici işlər naziri 79 yaşında vəfat edib

İraqın sabiq lideri Səddam Hüseyn rejiminin siması kimi tanınan Tariq Əziz dünyasını dəyişib.

Sabiq baş nazir müavini və xarici işlər naziri, 79 yaşlı Əzizin səhhət problemləri olduğu bildirilir.

2010-cu ildə İraqda şiələrin kütləvi şəkildə qırğınına görə ölüm cəzası hökmü altında olan Tariq Əzizin hökmü icra edilməyib.

Ona qarşı digər cinayətlərə görə də hökmlər çıxarılmışdı.

Xristian olan Əziz 1983-cü ildə xarici işlər naziri, 1991-ci ildə isə baş nazir müavini vəzifəsinə təyin edilmişdi.