Prezident Donald Tramp Avropa Birliyi, Kanada və Meksikadan gələn alüminium və polad idxalına qoyulacaq yeni tarif razılaşmasının hazırlanmasına əlavə vaxt vermək üçün tarif tətbiqini daha bir ay uzadıb.
Tariflərin tətbiq olunduğu Çin, Yaponiya və Rusiya kimi müvəqqəti istisna sayılanm ölkələrə ayrılan vaxt isə çərşənbə axşamı sona çatıb.
Ticarət müzakirələri ilə əlaqədar ABŞ-ın maliyyə naziri və digər yüksək rütbəli rəsmiləri bu həftə Çinə səfər edəcək.
Donald Tramp mart ayında Çin, Rusiya və Yaponiyadan idxal edilən polada 25 faiz, alüminiuma isə 10 faizlik rüsum əlavə etmişdi. Qərardan sonra digər ixracatçılar bunun ədalətsiz rəqabət olduğunu bildirmişdi.
Kanadanın baş naziri Castin Trudo bazar ertəsi günü qeyd ki, Kanadanın polad və alüminium məhsullarına tariff tətbiq edilməsi ABŞ və Kanada sənayelərinin ciddi iflasına səbəb ola bilər.
Alman kansleri Angela Merkel isə xəbərdarlıq edib ki, əgər ABŞ Avropa Birliyinin daimi olaraq tariflərdən azad etməsə bu ticarət müharibəsinə gətirib çıxarda bilər.
Eyni zamanda isə Ağ Ev bazar ertəsi açıqlama yayıb ki, Cənubi Koreyanın tariflərdən birdəfəlik istisna olunması ilə bağlı yekun razılıq əldə olunub. Argentina, Avstraliya və Braziliyayla isə tarif razılaşmasının şərtləri ilə bağlı danışıqlar davam edir.