Çin bəzi ABŞ mallarına tariflərin tətbiqi qərarından əl çəkdi

Çin bəzi ABŞ mallarına tariflərin tətbiqi qərarından əl çəkdiyini bəyan edib.

Çinin Gömrük Tarif Komissiyasının bazar günü bildirdiyinə görə, qərar dünyanın iki ən böyük iqtisadiyyatının bəzi mllara tafiflər təbiq edilməyəcəyinə dair razılığından sonra qəbul edilib.

Hər iki ölkənin rəsmiləri ticarət paktının birinci fazasının yekunlaşdığını elan ediblər ki, bu nəticə dövlətlərin bir-birlərinə əlavə tariflər tətbiq etməsini dayandırır.

Razılığın tərkib hissəsi olaraq Çin rəsmiləri Amerika kənd təssərrüfatı, enerji və dərman məhsullarının idxalını artıracaqlarını deyir.

ABŞ prezidenti Donald Tramp deyib ki, təkcə kənd təsərrüfatı məhsullarının alqısı “tezliklə” $50 milyarda yüksələcək.

Bu, Çin və Birləşmiş Ştatlar arasında əməkdaşlığı gücləndirmək üçün daha yaxşı şərait yaradacaq” - deyə, Çinin vitse ticarət naziri Vanq Şouven bildirib.

Razııq ABŞ Çin məhsulların 160 milyard dollar həcmində yeni tariflər tətbiq etməsinə iki gün qalmış əldə olunub.

Tariflər dekabrın 15-də qüvvəyə minməli idi.

Ticarət danışıqlarının ikinci fazası gələn ilin noyabr ayında ABŞ-da keçiriləcək prezident seçkiləri ərəfəsində başlanacaq.