Aktrisa və model Uma Turman nəhayət onunla Kuentin Tarantino haqda dolaşan söz-söhbətə aydınlıq gətirib.
Dedi-qodu ilk dəfə köhnə dostlar bir neçə mərasimdə birgə kameralara tuş gəlmələri ilə başlayıb. Məsələn, onlar Kann film festivalında mərasimi yarımçıq qoyaraq gizlicə harayasa yoxa çıxıblar. Amma Pulp Fiction filminin yaradıcısı və ifaçısı arasında ciddi münasibətlərin yarandığını düşünürsünüzsə, onda xəbərlərimiz şad deyil.
Uma məsələyə aydınlıq gətirib. Məlum olub ki, onların arasında ciddi münasibətlər yoxdur. “Bizim aramızda münasibətlər həmişə olduğu kimidir. İnsanlar sadəcə danışmağa söhbət axtarır, onlar da belə əylənir,” deyə Uma Vs jurnalına bildirib.
O, əlavə edib ki, Tarantino Uma ona zəng etmədiyindən bərk əsəbləşib və zarafatla deyib ki, mətbuat bizim ər-arvad olduğumuzu yazır. Sən isə mənə zəng belə etmirsən.
Amma Uma mətbuatın ona diqqət yetirməsindən gileyli olmadığını deyərək bildirib ki, mətbuat aktrisa sənətinin bir hissəsidir.
Nə isə, deyirik, biləsiniz: Uma ilə Kuentin Tarantino sadəcə dostdurlar. Fikrinizə başqa şey gəlməsin.