“Bu, Avropanın birgə uğuru və enerji təhlükəsizliyinin gücləndirilməsində bir dönüş nöqtəsidir”, Avropa Komissiyasının rəhbəri Joze Manuel Barrozu bildirib
Avropa Komissiyası “Mərhələ-2” çərçivəsində ixrac üçün TAP layihəsinin seçilməsi üzrə “Şahdəniz” konsorsiumunun bugünkü qərarını alqışlayıb. Türkiyədə TANAP-ın (Transanadolu qaz kəməri) inşasını nəzərə alaraq, yeni qaz infrastrukturu birbaşa Xəzər regionunu Avropa ilə birləşdirəcək.
Avropa Komissiyasının rəhbəri Joze Manuel Barrozu bildirib: “Bu, Avropanın birgə uğuru və İttifaqımızın enerji təhlükəsizliyinin gücləndirilməsində bir dönüş nöqtəsidir. Əminəm ki, 2011-ci ilin yanvarında Azərbaycan pezidenti Əliyevlə imzaladığım strateji birgə bəyanata əsaslanan bu qərar Xəzər dənizindən Avropa İttifaqına birbaşa xüsusi keçid olacaq və zamanla genişlənəcək Cənub qaz dəhlizinin tam və çevik şəkildə reallaşmasına daha çox təkan verəcək”.
Öz növbəsində Aİ-nin enerji məsələri üzrə komissarı Günter Oettinger deyib: “Qazın yeni xüsusi qaz boru kəməri sistemilə birbaşa Avropaya çatdırılacağı ilə bağlı Azərbaycan öz üzərinə aydın öhdəlik götürüb. Sistemin TANAP və TAP iki qaz boru kəmərindən və ya əvvəlki layihələrdə nəzərdə tutulduğu kimi bir boru kəmərindən ibarət olmasının enerji təhlükəsizliyi baxımından heç bir fərqi yoxdur. Bizim artıq qazla bağlı yeni tərəfdaşımız var və gələcəkdə daha çox qaz qəbul edəcəyimizdən əminəm".
2009-cu ildə baş vermiş qaz böhranından sonra Avropa İttifaqı öz qaz təchizatını diversifikasiya etməyə çalışır. Strategiyalardan biri Avropa İttifaqının qaz bazarını dünyanın ən geniş qaz depoziti olan Xəzər dənizi hövzəsi və Yaxın Şərqlə birbaşa birləşdirmək üçün Cənub qaz dəhlizini açmaq olub.
Prinsipcə, Xəzər dənizindən Aİ-yə qaz həm Baumgarten/Vyanaya (Nabucco West), həm də İtaliyaya (TAP) ötürülə bilərdi. Konkret marşrutdan asılı olmayaraq, Avropa Komissiyası hər zaman o faktı vurğulamağa çalışıb ki, istənilən variant qazın sonradan Xəzərdən Avropanın digər hissələrinə təchiz olunmasına imkan verməlidir. Avropa İttifaqı həm də gələcəkdə əlavə qaz həcmlərinin daşınması üçün miqyası genişlənə bilən yeni boru kəmərinin Aİ-dən kənarda tikilməsinə, eləcə də Avropaya qazın nəqli üçün aydın və şəffaf hüquqi bazanın mövcud olmasına təkid edib.
Beynəlxalq Enerji Agentliyinin proqnozlarına görə, Aİ-nin qaza tələbatı 2030-cu ilədək 526 milyard kub metrdən 622 milyard kub metrədək artacaq.