Tanınmış misirli fəal 5 il həbsdən sonra azadlığa çıxdı

Misirli fəal Alla Əbdül-Fəttah bacısı Mona Seyf ilə

Misirin tanınmış demokratiya fəalı etirazlarda iştirak etdiyi üçün 5 illik həbs cəzasından sonra cümə günü azadlığa buraxılıb.

Alla Əbdül-Fəttah 2011-ci ildə prezident Hüsni Mübarəkin hakimiyyətdən uzaqlaşması ilə nəticələnən Ərəb Baharı etirazları zamanı populyarlaşdı. 3 ildən sonra onun həbs edilməsi Misirin yenindən Mübarək tərzində avtoritar idarəyə geri dönməsinin işarəsi idi.

Əbdül-Fəttahın bacıları Mona və Sanaa Seif Facebook sosial şəbəkəsində “Alla azadlıqdadır” yazaraq, onun evdə it ilə oynadığını göstərin videosunu paylaşıblar. Vəkili Xalid Əli bu xəbəri təsdiq edərək, “Allaha şükür, Alla Əbdül-Fəttah evindədir” bildirib.

Tanınmış fəal Əbdül-Fəttah daha öncə də bir neçə dəfə qısa müddətlik həbs edilmişdi. O, 2013-cü ildə dinc nümayişlərdə iştirak etdiyi üçün 5 il həbs cəzasına məhkum edilib. Həmin nümayişlər azad seçkilərdə qalib gəlmiş mübahisəli islamçı prezident Məhəmməd Morsinin hərbi qüvvələr tərəfindən hakimiyyət uzaqlaşdırması ilə nəticələndi.

Morsinin uzaqlaşdırılmasından sonra hərbçilərin dəstəklədiyini müvəqqəti hökumət onun tərəfdarlarına qarşı təzyiqlər həyata keçirdi. Bir neçə həftə sonra isə hökumət yeni iqtidara etiraz edən sekulyar və liberal fəallara qarşı da təzyiqlərə başladı.

Təhlükəsizlik xidmətləri Əbdül-Fəttatın evini reyd edərək, onun həyat yoldaşını döyüb və laptopunu müsadirə etdilər. Həmin an Əbdül-Fəttat evdə olmasa da, o daha sonra özünü xəhlükəsizlik xidmətinə təslim etdi və “Mübarək rejimiin qayıtmasına etiraz nümayişlərə görə həbs edilmənin şərəf olduğunu” bildirdi.