Tanzaniyada bərə aşıb

Tanzaniyada Viktoriya gölündə bərə aşıb, dövlət mediası azı 136 nəfərin həlak olduğunu xəbər verir.

Tanzaniya, Keniya və Uqandanın əhatələdiyi göldə qəza zamanı azı 37 nəfəri xilas etmək mümkün olub.

Onlarla adamın itkin düşdüyü bildirilir, axtarış işləri aparılır.

İlkin məlumatlara görə, bərədə 300-dən çox adam olub. Dəqiq say bəlli deyil. Adətən, belə bərələrə yüzlərlə adam sığır.

Bərənin sentyabrın 20-də günortadan sonra batdığı xəbər verilir.

Tanzaniyanın hökumət sənədlərində 1996-cı ildə Viktoriya gölündə batan gəmidə 894 adam həyatını itirmişdi.

2001-ci ildə bunabənzər qəzadə 200 çox insan batmışdı. İndiyədən mindən çox insan itkindir.