Əfqanıstanda yüzlərlə yanacaq sisterni yandırılıb. Kabil yaxınlığında törədilən yanğının məsuliyyətini Taliban üzərinə götürüb.
Polis tələfat olub-olmadığını müəyyən edə bilməyib.
Taliban NATO-nun Əfqanıstana göndərdiyi hərbi təchizat karvanlarına qarşı tez-tez hücuma keçir. Sisternlərin NATO-ya məxsus olub-olmadığı bəlli deyil.
İlin sonunda Əfqanıstanı tamamilə tərk edəcək NATO qüvvələri mütəmadi şəkildə Talibanın hücumlarına məruz qalır.
ABŞ-la təhlükəsizlik sazişi imzalansa 10 min ABŞ əsgəri ölkədə qalacaq.