Talibanın Əfqanıstanın Helmənd vilayətində hücumu nəticəsində azı 25 əsgər öldürülüb

Taliban yaraqlılarının Əfqanıstanın cənub Helmənd vilayətində böyük hərbi bazaya hücumu nəticəsində azı 25 əsgər öldürülüb.

Həmin bazada ABŞ-ın hərbi müşavirləri və əsgərləri yerləşir. Hücum avtomobilə yerləşdirilmiş bomba partlayışından sonra həyata keçirilib. Partlayış hücumçuların maneəsiz baza ərazisinə daxil olmasına imkan yaradıb.

Əfqan rəsmiləri öldürülənlərin dəqiq sayı barədə dəqiq məlumata malik olmadıqlarını deyib. Vilayət qubernatoru 3-ü intiharçı olmaqla, 9 yaraqlının öldürüldüyünü bildirib.

Taliban onlarla əfqan əsgərini qətlə yetirdiyini bəyan edib.

Hücum ABŞ-ın Əfqanıstandakı sülh elçisinin Qətərdə Talibanla sülh danışıqları apardığı bir dönəmə təsadüf edir.

Zalmay Khalilzad fevralın 28-də deyib ki, danışıqlar üçgünlük fasilədən sonra martın 2-də bərpa olunacaq.