Pakistanda Taliban İslam Dövləti qrupu ilə müttəfiqliyini elan edib

Pakistanda Taliban İslam Dövləti ilə müttəfiqliyini elan edərək, regiondakı militantlara qrupun qlobal miqyasda İslam xilafəti yaratmaq kampaniyasına qoşulmasını əmr edib.

Əl-Qaidə ilə müttəfiq Təhrike Taliban Pakistan qrupunun sözçüsü Şahidulla Şahid Yaxın Şərqdə döyüşən bütün cihadçı təşkilatları böyük məqsəd uğrunda bilrləşməyə çağırıb. “Əziz qardaşlarımız, sizing qələbələrinizlə fəxr edirik. Biz sizing xoşbəxt və kədərli günlərinizdə sizinləyik”-deyə Şahid naməlum yerdən Röyters xəbər agentliyinə göndirilən elektron poçt mesajında bildirib.

Amerikanın Səsinin Urdu xidmətinə müsahibə verən müdafiə məsələləri üzrə təhlilçi, Pakistanın keçmiş general-leytanıntı Tələt Massud bu mesajın Pakistan hökumətinə təzyiqləri artırdığını deyib. “Pakistanda Taliban qüvvələri demək istəyir ki, biz İslam Dövləti qrupuna yaxınıq və onların ideologiyasını bölüşürük. Taliban bununla hökumətə psixoloji təzyiq göstərir”-deyə o bildirib.

Pakistanın hərbi qüvvələri Təhrike Taliban Pakistan qrupu və Şimali Vəziristan bölgəsində onlarla əlaqəsi olan digər ekstremist qruplara qarşı əməliyyatları davam etdirir.

Təhrike Taliban Pakistan qrupunun urdu, puştun və ərəb dillərində yayılan mesajında İslam Dövləti qrupunun mücahidin, döyüşçülərlə təmin ediləcəyi və onlara mümkün dəstək veriləcəyi bildirilir.