Əfqanistanın şimalında hərbi uniforma geymiş Taliban yaraqlıları avtomat silahlarla məhkəmə binasına hücum edib. Hadisə zamanı 5 nəfər həlak olub, 30 adam yaralanıb.
Əfqanistanın təhlükəsizlik qüvvələri hücumdan az sonra Balx vilayətinin paytaxtı Məzari-Şərif şəhərində yerləşən məhkəmə binasını mühasirəyə alıb. Yerli rəsmilər bildirib ki, tərəflər arasında atışma davam edir.
Şəhər xəstəxanasının baş həkimi xəstəxanaya 5 cəsəd gətirildiyini və 25 yaralının müalicə olunduğunu deyib. Bəzi xəbər agentlikləri 10 nəfərin öldüyünü bildirib.
Əfqanistan Daxili İşlər Nazirliyininı bəyanatında beş hücumçudan üçünün təhlükəsizlik qüvvələri tərəfindən öldürüldüyünü deyilir.