ABŞ nümayəndə heyəti İran prezidentinin çıxışı zamanı zalı tərk edib

  • Amerikanın səsi

Birləşmiş Ştatların Tacikistan paytaxtı Düşənbədə Əfqanıstana dair beynəlxalq konfransda iştirak edən nümayəndə heyəti İran prezidenti Mahmud Əhmədinejadın çıxışı zamanı zalı tərk edib. İran prezidenti öz çıxışında ABŞ-ın regionda siyasətini kəskin tənqid edib.

Cənab Əhmədinejad çıxışı zamanı xarici ölkələrin silahlı qüvvələrinin Əfqanıstandan dərhal çıxarılmasına çağırıb. O deyib ki, Əfqanıstanda problemlərə səbəb NATO ölkələri, xüsusilə də ABŞ-ın xarici siyasətidir. Onun sözlərinə görə, NATO və Birləşmiş Ştatlar dünyaya artıq öz şərtlərini diktə edə bilməz.

ABŞ-ın nümayəndə heyəti cənab Əhmədinejad çıxışını bitirdikdən sonra yenidən zala qayıdıb.