On minlərlə qırmızı köynək geymiş anti-hökumət nümayişçilər Banqkokda nəhəng nümayiş keçirərək ölkə paytaxtında küçə nəqliyyatını iflic ediblər.
On minlərlə qırmızı köynək geymiş anti-hökumət nümayişçilər Banqkokda nəhəng nümayiş keçirərək ölkə paytaxtında küçə nəqliyyatını iflic ediblər. Etiraz aksiyaları üzündən bir neçə univermaq və mağazalar bağlanıb. Qırmızı Köynəklilər adlanan hərəkat nümayişi gecəyədək davam etdirəcəyini bəyan edib. 55 min adamın toplaşdığı nümayiş əsasən sakit keçib. Bir həftə bundan pncə 80 min qırmızı köynəkli toqquşmadan yayınmağa çalışan hökumət qüvvələrini şəhəri tərk etməyə məcbur etmişdi. Qırmızı Köynəklilərin lideri Venq Tocirakarn deyib ki, onun hərəkatı baş nazir Abhisit Veccacianın parlamenti 15 gün ərzində buraxmasını istəyir.