Tailandda 6 bal gücündə zəlzələ olub

Tailand rəsmiləri deyir ki, dünən ölkənin şimal hissəsində Rixter şkalası ilə 6 bal gücündə qeydə alınan zəlzələ nəticəsində bir nəfər həlak olub, 23 nəfər yaralanıb.

Rəsmilərin sözlərinə görə, Çianq Ray vilayətində evin divarının dağılması nəticəsində 83 yaşlı qadən vəfat edib.

Bundan başqa ölkənin Birma və Laosla sərhəd regionunda evlər, hospitallar, məbədlər və başqa binalara ciddi ziyan dəyib.

Dünən qeydə alınan zəlzələ və başqa bir neçə yeraltı təkan Tayland tarixində ən güclü zəlzələlərdən biridir.