Tailandda minlərlə müxalifət tərəfdarı aksiya keçirir

Tailandda minlərlə müxalifət tərəfdarı yenidən aksiya keçirir. Nümayişçilər baş nazir Yinqlak Çinavatın istefasını tələb edir.

Bugünkü etiraz müxalifətin daha geniş aksiyasına bir növ başlanğıc hesab edilir. Belə ki, sabahdan etibarən genişmiqyaslı tətillər planlaşdırılır.

Bu gün nümayişçilər paytaxtın tarixi mərkəzində yer alıb. Gələn həftə də aksiyaların keçiriləcəyi gözlənilir. Müxalifət yanvar ayının 13-də Banqkokun tamamilə iflic edilməsinə çalışır.

Baş nazir parlamenti buraxıb və növbədənkənnar seçkiləri fevral ayının 2-nə təyin edib.

Aksiya iştirakçıları seçkilərin keçirlməsinə mane olacaqlarını deyirlər.