Tahir Budaqov Dövlət Statistika Komitəsinin sədri təyin edilib

Tahir Budaqov

Prezident İlham Əliyev Tahir Budaqovu Dövlət Statistika Komitəsinə sədr təyin edib.

Tahir Budaqov 2009-cu ildən Bakı şəhəri Nizami rayon icra hakimiyyətinin başçısıdır.

Budaqov Əlillərin Bərpa Mərkəzinin baş həkim, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini, Prezident Administrasiyasında şöbə müdirinin müavini vəzifələrində çalışıb. O "SOS Uşaq Kəndləri - Azərbaycan" Assosiasiyasının idarə heyətinin sədridir.

Dövlət Statistika Komitəsinion sədri Arif Vəliyev ötən il vəfat edib.