Tacikistanda niyə kitab oxunmur?

Tacikistana məxsus dövlət nəşriyyatlarının anbarlarında bir milyondan artıq kitab yığılıb. Alıcı yoxdur. Yeni əsərlər yüz-iki yüz nüsxədə nəşr olunur. Nəşriyyatlar və yazıçılar həyəcan təbili çalırlar: yerli əhali nə öz dilində, nə də hər hansı başqa bir dildə bədii ədəbiyyat oxumur.

Nastoyaşeye Vremya-nın araşdırmasına əsasən, y​azıçılar uzun müddətdir ki, taciklərin çap və ya e-kitab oxumamaları faktı haqda danışırlar.

Bu gün ölkədə heç bir özəl nəşriyyat yoxdur - biznes zəifdir və kitab mağazaları satışdan razı deyil. Sosial şəbəkələr oxumağa marağın itməsində günahkar deyil - insanlar nəinki tacik və ya dünya ədəbiyyatı, hətta müasir və ya klassik ədəbiyyata da maraq göstərmir.

Nastoyaşeye Vremya yerli əhali arasında sorğu keçirib - əhalinin əksəriyyəti bədii ədəbiyyat oxumur.

Rus ədəbiyyatını yüz nüsxədən çox gətirmirik. Hətta dünya ədəbiyyatı çox az müddətdə satılır.

Ekspertlərin sözlərinə görə, Tacik ədəbiyyatının əsrlər boyu tarixi var və əhalinin əsas mülkiyyətidir. Tacikistanda həm müasir ədəbiyyat, həm onlarla yazıçı, həm fantastika yazıçıları, həm uşaq kitablarının müəllifləri, həm də var. Dünya ədəbiyyatı da tacik dilinə tərcümə olunur. Amma bütün bunların alıcısı yoxdur.

"Kitabların əksəriyyəti iki yüz- üç yüz tirajla dərc olunur. Rus ədəbiyyatını yüz nüsxədən çox gətirmirik. Hətta dünya ədəbiyyatı çox az müddətdə satılır," kitab mağazasının sahibi Aziz Nakidzod deyir.

Əhali savadlıdır, lakin kitablar heç kimə lazım deyil. Yazıçıların fikrincə 90-cı illərin vətəndaş müharibəsindən sonra əhalinin savadlılıq səviyyəsi xeyli düşüb. Əhalinin üçdə biri yoxsulluq səviyyəsində yaşayır, çoxunun kitab almağa imkanı yoxdur. Həm də, məktəblərdə yalnız klassik yazıçıların ədəbiyyatı və uşaq ədəbiyyatı keçilir.

Yazıçılar bildirir ki, taciklər yeni kitab və yazıçılar haqda heç nə bilmirlər.

90-cı illərin vətəndaş müharibəsindən sonra əhalinin savadlılıq səviyyəsi xeyli düşüb.

"Nəşriyyatlarımızda, əsasən də, Ədib-də insanların oxumalı olduğu milyonlarla kitab var. Düşənbədə mağazamız var, lakin paytaxtdan bir az aralıda olan şəhərlərdə bu yeni kitablar olmur," Tacikistan Yazıçılar Birliyinin sədr müavini Ato Mirxoca deyir.

Yazıçılar hesab edir ki, əhalidə yenidən ədəbiyyata maraq oyatmaq onilliklər tələb edə bilər.