Tacik rəsmilərinin bildirdiyinə görə, prezident İmaməli Rəhmonov ölkənin müstəqilliyinin 20-ci ildönümü münasibəti ilə 15 min məhbusun amnistiyası ilə bağlı fərman imzalamalıdır. Prezident aparatının mətbuat xidməti prezidentin amnistaiya qanununu parlamentə göndərdiyini bildirib. Amnistiya Tacikistan məhbuslarının yarısını azadlıqla təmin edəcək. Amnistiya kiçik cinayətlər törədənlər və ilk dəfə olaraq artıq cəzalarının 3 ildən artığını çəkən 1997-98-ci il silahlı qarşıdurmalarda iştirak edənlərə şamil edilir. Bundan əlavə azyaşlılar və İkinci Dünya və Sovet dövrü Əfqanıstan müharibələrinin veteranları azadlığa buraxılacaq.