AzadlıqRadiosunun verdiyi məlumata görə, Tacikistanda Qadın Məsələləri üzrə komitənin sədri Məhbubə Əzimova qadınların prezident seçkilərində iştirak etməlidirmi sualına "Bir bu qalmışdı" deyə cavab verib.
"Biz xalq tərəfindən seçilmiş və prezidentliyə ən layiq olan Millətin Liderinə qarşımı çıxmalıyıq? Tacik qadınlar dövlət başçısı Emomali Rahmona cəmiyyətdə qadınların rolunu artırdığına görə ürəkdən minnətdar olmalıdırlar," o deyib.
Tacik qadınlar dövlət başçısı Emomali Rahmona cəmiyyətdə qadınların rolunu artırdığına görə ürəkdən minnətdar olmalıdırlar.
2020-ci ilin payızında Tacikistanda president seçkiləri keçiriləcək.
2013-cü il Tacikistan prezidenti seçkilərində ilk dəfə olaraq qadın namizəd iştirak edib. Lakin tanınmış hüquq müdafiəçisi Oynihol Bobonazarova qeydiyyat üçün tərəfdarlarının lazımi sayda imzasını toplaya bilməyib.
Bobonazarova Azimovanın sözlərini hətta Rahmon üçün də təhqiredici hesab edib.
"Tacikistan Konstitusiyası millətindən, dinindən və cinsindən asılı olmayaraq bütün vətəndaşlara ölkə başçısı vəzifəsinə namizəd olmaq imkanı verir. Zənnimcə, xanım məmurun bəyanatları ölkənin əsas qanunun qarantı olan prezident üçün də təhqiramizdir," o deyib.
Tacikistan prezidenti Rahmona Millətin Lideri titulu verildikdən sonra ölkədə qanunlar dəyişilib. Millətin lideri artıq sonsuza qədər prezidentliyə namizədliyini irəli sürə bilər - ölkənin digər vətəndaşları isə yalnız iki dəfə.
Emomali Rahmon 1992-ci ildən Tacikistana dəyişilməz olaraq başçılıq edir. O, dörd dəfə ard-arda president seçkilərində iştirak edib.