Təbriz Hizbullah şurası azərbaycanlı satiraçılara xəbərdarlıq edib

  • Insafəli Hidayət
Mədəniyyət şöbəsindən azərbaycanlı satira ustalarının tamaşalarına icazə verməməsi istənilir

Şərqi Azərbaycan Hizbullah Şurasının idarə heyəti azərbaycanlı satiraçıları və vilayətdə incəsənət təmsilçiilərini təhdid etdi. Sulduz adlı vebsayt bu xəbəri Təbrizin “Hizbullah” adlı vebsaytına istinadən yayıb.

Hizbullah vebsayti xəbərdarlığını vilayətin qeyri-islami İrşad idarəsinin rəisinə ünvanlayıb. nəşr edib. Mədəniyyət işlərinə nəzarət edən İrşad idarəsinin bir vəzifəsi də senzura tətbiq etməkdən ibarətdir.

Şərqi Azərbaycan Ansari Hizbullahının vebsaytı İrşadi İslami idarəsinə xəbərdarlığın səbəbini teatr tamaşalarının səhnəyə qoyulması ilə izah edib və Azərbaycanın satiraçılarının teatr əsərləri yazıb və onları səhnədə oynadıqlarını bildirib.

Təbriz Hizbullahının bəyanatında vilayıt rəsmisindən satiraçıların televiziya, teatrlar və kino-teatrlarda tamaşalarının səhlənələşdirməsinə icazə verməməsiyini istəyib.

Bəyanatda İrşad idarəsinə “mütrüf” adlandırılan satiraçıların faəliyyətinə imkan verməməsilə bağlı xəbərdarlıq edilir və bunu etmədiyi təqdirdə idarənin fəaliyyətinin davam etdirilməsi qarşısında çətinliklər yaradılacağı ilə bağlı təhdid səsləndirilir.

Satiraçılara səhnədə İranda şah dövrünün musiqisi, habelə Türkiyə və Azərbaycan musiqisi ifa edib, rəqs etdiklərinə görə mütrüf adı verilib.

Vebsayt satiraçı yazarlar və oyunçuların bir neçəsinin şəkilini yayıb və burada Təbrizdə ən tanınmış satıraçılar hədəf alınıb.

Onların arasında Səməd Məmməd adlı satıra qurupunun üzvləri və oyunçular var.

Babək Nəhreyn öz satiralarının birində tamaşaçılara birbaşa müraciət edərək bunları deyib: “Tehranda, İsfahanda, Şirazda və digər bölgələrdə bizlərə hörmət göstərib incəsənət ustası verirlər, amma Azərbaycanda bizlərə mütrüf deyirlər.”

Azərbaycanlı satiraçıların sosial-ictimai problemlərə toxunduğu tamaşaları böyük yumorlar seçirilir və əhali tərəfindən çox bəyənilir.
Bu proqramların çoxu Youtube saytında yerləşdirilib.

Bu, ilk dəfədir ki, Şərqi Azərbaycan satıraçıları təhdidlə qarşılaşır. Müşahidəçilər gələcəkdə satiraçıların təqib, ya da həbs edilə biəcəyini istisna etmir.