Təbrizdə hava keyfiyyətinin indeksi həssas qruplar üçün təhlükəli bir vəziyyətdədir.
Təbriz şəhərində havanın çirklənməsinin yüksək səviyyəyə çatması ilə Şərqi Azərbaycan Ətraf Mühitin Mühafizəsi İdarəsinin İctimaiyyətlə Əlaqələr Direktoru Təbrizdə hava keyfiyyəti indeksinin həssas qruplar üçün təhlükəli bir səviyyəyə çatdığını bildirib.
Davud Qasımzadə İSNA xəbər agentliyi ilə müsahibədə havanın çirklənməsi indeksinin, 2,5 mikron hissəciklərə əsaslanaraq orta hesabla, 130-a bərabər olduğunu qeyd edib və bu vəziyyətin həssas qruplar üçün təhlükəli olduğunu bəyan edib.
Qasımzadə havanın bunun kimi zamanlarda, yəni həssas qruplar üçün qeyri-sağlam olduğu bir şəraitdə ürək və ya ağciyər xəstəlikləri olan insanlara, hamilə və süd verən qadınlara, yaşlılara və uşaqlara açıq havada uzun və ağır fəaliyyətlərdən çəkinmələrini tövsiyə edib.
0-dan 50-yə qədər olan hava çirklənməsi indeksi təmiz havanı, 50-dən 100-ə qədər sağlam havanı, 100-dən 150-yə qədər həssas qruplar üçün qeyri-sağlam havanı, 150-dən 200-ə qədər bütün qruplar üçün qeyri-sağlam havanı və 200-dən yuxarı çirklənmə indeksi isə çirklənmənin kritik vəziyyətdə olduğunu göstərir.
Son illər ərzində Təbrizdə və İran Azərbaycanın Urmiyə kimi bəzi digər şəhərlərində hava çirklənməsinin səviyyəsi elektrik stansiyalarda mazut istehlak edildiyinə görə yüksək səviyyəyə çatıb və vətəndaşların sağlamlığını ciddi təhlükələrə məruz qoyur.
İran Azərbaycanında hava çirklənməsi səbəbilə Təbriz və Urmiyə kimi şəhərlərdə bəzən idarə və məktəblərdə tətil elan olunur.